Türkiyə 4 il öncəki fınalın heyfini çıxdı və çempion oldu

Türkiyə 4 il öncəki fınalın heyfini çıxdı və çempion oldu

Türkiyənin qadınlardan ibarət milli komandası voleybol üzrə Avropa çempionatının final oyununda Serbiya komandasını məğlub edərək ilk dəfə turnirin qalibi olub.

Musavat.com xəbər verir ki, qarşılaşma Belçikanın paytaxtı Brüsseldə baş tutub.

Oyun 3-2 (25:27, 25:21, 22:25, 25:22, 15:13) hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb. Bürünc medalları üçüncü yer uğrunda görüşdə italyanları məğlub edən Niderland yığması qazanıb – 3:0 (25:23, 28:26, 25:20).

Serbiya və Türkiyə yığmaları Avropa çempionatının finalında ikinci dəfə üz-üzə gəlib. 2019-cu ildə serbiyalılar üstün olublar.

Share this content:

Post Comment