Bu il Qərb Ukraynaya 30 milyard maliyyə yardımı edib  

Bu il Qərb Ukraynaya 30 milyard maliyyə yardımı edib  

Bu ilin 8 ayında Ukrayna müttəfiqləri və beynəlxalq qurumlarından makromaliyyə yardımı formasında 30 milyard dollar alıb

Musavat.com-un məlumatına görə, bunu Kiyevdə keçirilən iqtisadi forumda çıxış edən Ukraynanın baş naziri Denis Şmıqal deyib. Onun sözlərinə görə, bundan əlavə, BVF, Aİ, Norveç, Yaponiya və digər G7 ölkələri ilə uzunmüddətli maliyyələşdirməyə dair konkret sazişlər var. 

Bu barədə Ukrayna hökumətinin saytında da məlumat verilib.

Şmıqala görə, tərəfdaşların makromaliyyə yardımı Kiyev hakimiyyətinə ordunun xərclərini ödəməyə imkan verir. O, həmçinin bildirib ki, Ukrayna hakimiyyəti hazırda mühüm infrastrukturun bərpası və mühafizəsi də daxil olmaqla, sürətli bərpa üçün 60 milyard qrivnadan (1,64 milyard dollar) çox vəsait ayırıb. Ukraynanın 2023-cü il büdcəsində 38 milyard dollarlıq rekord kəsir var. Ölkə prezidenti Volodimir Zelenski Qərbin Kiyevə büdcə kəsirini ödəməyə kömək edəcəyinə ümid etdiyini bildirib.

Share this content:

Post Comment