Bakı Media Mərkəzinin üzvləri Olimpiya Oyunlarının çəkiliş prosesinə qatılacaqlar

Bakı Media Mərkəzinin üzvləri Olimpiya Oyunlarının çəkiliş prosesinə qatılacaqlar

Bakı Media Mərkəzinin iki üzvü 2024-cü ildə Parisdə keçiriləcək 33-cü Yay Olimpiya və Paralimpiya Oyunlarının çəkiliş prosesində iştirak edəcək.

Tahir Əliyev və Cavidan Şərifov təşkilatçılardan dəvət alıblar.

T.Əliyev prodüser, C.Şərifov isə yayım rejissorunun köməkçisi kimi fəaliyyət göstərəcək.

Bakı Media Mərkəzinin əməkdaşları xüsusilə atıcılıq yarışı üzrə çəkilişlərin aparılmasına öz dəstəklərini göstərəcəklər.

Share this content:

Post Comment