Hörmətli cənablar, hörmətli üzvlər, bu gün (əslində isə Dekabr ayından), Gildiyanın İdarə Heyətinin üzvləri tərəfindən qarşıdan gələn Prezident seçkiləri ilə bağlı bəyanatın hazırlanması müzakirə olundu və aşağıdakı mətnin yerləşdirilməsi ilə bağlı qərar verilmişdir. Xahiş edirəm, aşağıdakı mətnə münasibətinizi bildirəsiniz. Azərbaycan Prodüserlər Gildiyasının üzvləri Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin İkinci Qarabağ (Vətən) müharibəsinə uğurlu rəhbərliyini, səmərəli daxili və xarici siyasətini, Böyük Zəfərin əldə olunmasında əvəzsiz xidmətlərini, bərpa və quruculuq işlərində davamlı fəaliyyətini, bütün ərazilərimizdə, o cümlədən Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Əsgəran, Xocalı, Ağdərə və Xankəndidə suverenliyimizin tam bərpa olunması ilə bağlı xüsusi nailiyyətlərini, hazırda real alternativinin olmadığını, Azərbaycan xalqının 30 illik həsrətinə son qoyduğunu, xalqın böyük əksəriyyətinin rəyini qazandığını, Azərbaycan xalqının 30 il ərzində irəli sürdüyü bütün arzu və istəklərin onun tərəfindən yerinə yetirildiyini, təcavüzkar və revanşist Ermənistanın və havadarlarının təhdid, təxribat, hətta müdaxilə cəhdlərinin qarşısının yalnız onun tərəfindən alına biləcəyini, Böyük Zəfər yolunun, quruculuq işlərinin davam etdirilməsinin vacibliyini əsas götürərək qərara alır:1. 7 fevral 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan Növbədənkənar Azərbaycan Respublikası Prezdenti Seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyi dəstəklənsin, hərtərəfli və fəal şəkildə müdafiə olunsun.2. Gildiyanın ümumi iclasının qərarının KİV-lər vasitəsi ilə geniş ictimaiyyətə çatdırılması təmin edilsin.

Share this content:

Post Comment