Qubada “Mercedes”lə yük maşını toqquşdu: Xəsarət alanlar var

Qubada “Mercedes”lə yük maşını toqquşdu: Xəsarət alanlar var

Quba rayonunun Hacıhüseynli kənd yolunda avtomobil qəzası baş verib.

APA xəbər verir ki, “Mercedes” markalı nəqliyyat vasitəsinin “Qazel”lə toqquşması nəticəsində 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Rayon sakinləri 65 yaşlı Xalid Quliyev və 32 yaşlı Nərmin Mirzəbəyova Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilib, onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Share this content:

Post Comment